Chip.az Demokrat.Az a istinadən xəbər verir ki, "Aztelekom” MMC "Sun Cars” MMC ilə müqavilə imzalayıb.
Müqavilənin predmeti 25 ədəd UAZ -390945-520 (460) tipli avtomaşının alınmasıdır.
Müqavilənin dəyəri 843 min 700 manatdır.

Qeyd edək ki, "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin aldığı UAZ avtomobillərin hər biri təqribən 33,7 min manata başa gəlir. Reallıqda isə bu model 2018-ci il buraxılış avtomobillərin bazar qiyməti 17-18 min manat təşkil edir.