Ekranını Özü Təmir Edəcək Telefonları Bir Gün Görə biləcəyik?

  • 20 Sentyabr 2018

Samsung, heç bir şəkildə barmaq izi tutmayan və özünü anında təzələyən bir materiala dair patentə baş vurdu. Samsung Galaxy S10da olacağı söz-söhbətləri gedən bu materialı yaxın zamanda görüb görməyəcəyimiz  hələlik müəmmalıdır. Keçdiyimiz aylarda bir qrup elm insanı, özünü yeniləyən polimerlər kəşf etdi. Təsadüfən keçirilən bu kəşf sayəsində, tiyoüre adında özünü yeniləyən və özündəki kiçik defektləri zigzag-lar çəkərək aparan bir maddə tapıldı. Tokio Universitetindən Professor Takuzo Aidanın rəhbərliyi altında hazırda araşdırmaları davam etdirilən bu maddə, Aidaya görə, telefonlarda istifadə edilmək üçün uyğun bir maddə deyil. Aida, təbii olaraq hər kəsin açıq havada da istifadə etdiyi ağıllı telefonların ekranının, bu maddə ilə örtməsi halında yaranacaq olan təzyiqə dözməyəcəyini qeyd edir. Bu səbəblə Aida, bu maddənin ilk fazada yalnız qapalı məkanlarda istifadə edilən ekranlarda iş görəcəyini deyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır