Bu avtomobildən dünyada cəmi 200 ədəd satılacaq - yeni “Ferrari” təqdim olundu

  • 19 Sentyabr 2018

AzNews.az TopGear-a istinadən bildirir ki, bu maşınlar 1950-ci illərin yarış “Ferrari”ləri stilində hazırlanmış “Ferrari” Moqnza SP1 və “Ferrari” Monza SP2 barkettləridir.

Yeni modellərdən satışa cəmi 200 maşın çıxarılacaq.

Monza SP1 modelində sərnişin oturacaqları, ümumiyyətlə, yoxdur, SP1 və SP2-də isə “Ferrari” 812 Superfast modelinin idarəetmə vasitələri, oturacaqları və ön şüşəsi var.

Rodster tipli maşınlar 6,5 litr həcmli V12 mühərrikləri ilə təchiz olunub. 7 pilləli sürətlər qutusuna birləşdirilmiş mühərrik 800 at gücündədir.

340 km/saat maksimal sürətli modellər 100 km/saat cəmi sürəti 2,9 saniyədə əldə edir.

SP1 və SP2 modellərinin Parisdə keçiriləcək beynəlxalq avtosalonda nümayiş olunacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər