“Apple” ən gəlirli brend seçilib

  • 19 Sentyabr 2018
  • 50


Chip.az "Life" resursuna istinadən yazır ki, məlumata görə, ötən il olduğu kimi, "Apple" şirkəti dünya smartfonlar bazarının lideri olaraq qalır. Belə ki, ümumi gəlirin 62 faizi ABŞ istehsalçısının payına düşür. İkinci yerdə 17 faiz paya malik "Samsung" şirkəti qərarlaşıb. Maraqlıdır ki, satılmış smartfonların sayına (ədəd) görə Cənubi Koreya istehsalçısı "Apple" şirkətini üstələyir. Sonrakı mövqelərdə böyük fərqlə Çinin "Huawei", "OPPO", "Vivo" və "Xiaomi" şirkətləri qərarlaşıb.

Ekspertlərin hesablamalarına görə, Çin istehsalçılarının ümumi gəlirləri birlikdə toplandıqda onlar 20 faiz payla ikinci yerə çıxırlar. "Counterpoint" analitikləri qeyd edir ki, Çin istehsalçıları hesablamaların aparıldığı müddətdə ilk dəfə olaraq rüb ərzində ümumilikdə 2 milyard dollardan çox qazanc əldə ediblər.

Eyni zamanda liderlər - "Apple" və "Samsung" şirkətlərinin payının azalması maraq doğurur. Qeyd edilən Çin şirkətlərinin payı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.

"Counterpoint" şirkətinin məlumatına görə, qlobal gəlirin 1 faizi təxminən 600 istehsalçı arasında bölüşdürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Kriptovalyuta bazarında qiymətlər (30.04.2019)

Chip.az xəbər verir ki, Bitcoin 5328 dollardır və ümumi bazar kapitalizasiyasının 54.6%-ni təşkil edir.

Şri-Lankadakı terror hadisələrinin ardından sosial media platformalarına giriş əngəlləndi

Chip.az bildirir ki, Xristianların ən müqəddəs həftə sonu olan Pasxa (Easter) vaxtında Şri-Lankadakı birdən çox kilsə və məbədə edilən hücumlar, yüzlərlə ad

TikTok 1 milyarddan çox yüklənmə nəticəsi ilə rekord qırdı

Chip.az bildirir ki, çinli ByteDance adlı bir şirkətin sahib olduğu TikTok yanvar ayında iOS və Android tətbiqlərindən 71 milyon yükl

“Hackathon” müsabiqəsinin qalibləri mükafatlandırıldı

11-12 mart tarixlərində keçirilən müsabiqənin qalibləri bu gün keçirilən mükafatlandırma mərasimində təltif edilib.

Müsabiqə iştirakçıları informasiya sistemlərinə

Dünyada ən çox izlənilən 10 YouTube kanal

Chip.az xəbər verir ki, sosial media statistikalarını və təhlilini aparan xüsusilə də “YouTube”u izləyən “Social Blade” şəbəkəsi “YouTube” kanalların