Aya gedəcək ilk sərnişin açıqlandı!

  • 18 Sentyabr 2018

Spacex tərəfindən Aya gedəcək şanslı ad, Yaponiyanın ən böyük onlayn geyim satış saytının sahibi 42 yaşlı Yusaku Maezawa olaraq açıqlanıb. Maezawa, Ayın ətrafında dövrə vuracaq ilk Ay sərnişini olacaq.

2.9 milyard dollar sərvəti olan Maezawa, Spacexin yeni edəcəyi raket olan "Big Falcon Rocket" ilə Ay səfərinə qatılacaq. Big Falcon Rocket haqqında, səyahətlər üçün hazırlanacaq təkrar istifadə edilə bilən raketlər, ya da qısaca Falcon 9un versiyası deyə bilərik. Yusaku Maezawa, etdiyi açıqlamada Big Falcon Rocketteki bütün kresloları indidən satın aldığını, 6-8 ifaçının da Ay səfərinə qatılmasını istəyir. Sərnişinlərin kimlər olacağı hələ bəlli olmasa da, musiqiçilər, film prodüserləri, rəssamlar və hər kəs potensial Ay yolçusu ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır