Samsung AKG brendi altında üç yeni kabelsiz qulaqlıq çıxardı

  • 15 Sentyabr 2018

Y100, Y500 və N700nc adını daşıyan üç kabelsiz qulaqcığı tanıdan şirkət, yeni bir qulaqcıq axtaranlara fərqli dizayn və xarakterlərdə variantlar təqdim edir.

Samsung yeni qulaqlıqlarında ilk olaraq ekoloji səsi tarazlaşdırmağa yönəlir. Həm Y100 həm də Y500 modellərində istifadəçinin ətraf səsini eşitməsini təmin edən "Ambient Aware" texnologiyası var. N700nc isə tənzimlənən səs-küy qarşısını almaq xüsusiyyəti ilə istifadəçilərə eşidəcəkləri ətraf səsin miqdarını nizamlama imkanını verir. Boyunun arxasından keçən kordonla bağlanan iki qulaqcıq topuzundan ibarət  Y100ün qiymət etiketində 99.95 dollar yazır. Qulaq üstü Y500 üçün 149.95 dollar ödəmək lazımdır. Yenə qulaq üstü bir model olan N700nc isə 349.95 dollarlıq qiyməti ilə yeni qulaqcıqlar içində ən bahalı variant mövqeyindədir.

Ancaq N700nc ən bahalı model olsa da, tənzimlənən səs-küy qarşısını alma başqa məsələlərdə Y500ün daha öndə olduğu deyilə bilər. Çıxaranda musiqi avtomatik olaraq dayandıran Y500, 33 saatlıq batareya ömrü N700ncnin 20 saatlıq batareya ömrünə fərq atır. Y100 isə 8 saatlıq bir batareya ömrünə sahibdir. Y500ün bataryasını doldurmaq 2,5 saat davam edərkən, digər modellərdə bu müddət 2 saata düşür.

Y500 eyni zamanda çox nöqtəli əlaqə xüsusiyyətinə sahibdir. Bu da eyni anda iki mənbəyə bağlanmağı mümkün edir. Y100 və Y500 üçün çəhrayı, yaşıl, mavi və qara olmaq üzrə dörd rəng variantı təqdim olunarkən, N700nc yalnız gümüş rəng variantı rəflərdəki yerini alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır