“Amazon” şirkətinin təsisçisi xeyriyyə fondu açır

  • 15 Sentyabr 2018
  • 45


Chip.az "IGate" resursuna istinadən yazır ki, fond iki hissədən ibarət olacaq. "The Day 1 Families Fund" adlanan birinci bölmənin vəsaitləri evsiz ailələrin dəstəklənməsinə ayrılacaq, "Day 1 Academies Fund" isə aztəminatlılar üçün məktəbəqədər müəssisələr şəbəkəsinin yaradılması ilə məşğul olacaq.

Bildirilir ki, dünyanın ən varlı insanı kimi C.Bezos xeyriyyəçiliyə az pul xərclədiyinə görə dəfələrlə tənqid olunub. "Forbes" jurnalının məlumatına görə, onun var-dövləti 163 milyard dollar dəyərində qiymətləndirilir. Dünyanın ən varlı insanları siyahısında ikinci olan və sərvəti 97 milyard dollar təşkil edən Bill Qeyts isə xeyriyyəçilik məqsədləri üçün 40 milyard dollar xərcləyib.

C.Bezos 2017-ci ilin iyununda xeyriyyəçilik üçün ideyalarla bağlı "Twitter" abunəçilərindən kömək istəyib. O bildirib ki, kömək qısamüddətli məqsədlər üçün nəzərdə tutulacaq.

ABŞ milyarderi xeyriyyə fondunu "Amazon" şirkətinin korporativ siyasəti ilə bağlı mübahisələr fonunda işə salır: şirkət kuryerləri rəhbərlik tərəfindən hədə-qorxulardan, əməkhaqqı ilə əlaqədar problemlərdən, əlavə iş vaxtına görə ödənişlərin edilməməsindən şikayət edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı istifadəyə verilib

Chip.az  bildirir ki, AZƏRTAC-ın məlumatına görə,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xan

Yaponiyadakı məbədlərin birində buddist robot istifadəyə verildi

Chip.az bildirir ki, 400 illik bir buddist məbədində Buddanın təlimlərini gənc nəsillə paylaşma vəzifəsi bir robota aiddir. Kyoto məbədindəki robotun adı

İnternetdən düzgün alış-veriş etməyin qaydaları

Lakin, bəzən bu tam tərsi, öz ziyanları ilə də yadda qalır. Məsələn məhsulun ümumiyyətlə gəlməməsi, və ya göründüyündən daha az keyfiyyətdə olması , hesabdan da

İnsan beynini imitasiya edən ən böyük superkompüter işə salınıb

Onun hər mikrosxemi 100 milyon oynaqlı detalla təchiz edilib.

 Superkompüter yaradıcıları konsepsiyanın hazırlanmasına 20 il, yığılmasına 10 il, xər

BMW yeni mühərrik konseptini təqdim etdi

BMW motosiklet istehsalında böyük bir tarixə sahib olsa da, elektrik enerjisi ilə çalışan motosklet şöbəsinin avtomobil sənayesi kimi müvəffəqiyyətli olmadığı məlumdur.