Ən çox oxunan xəbərlər!
Ümumi Xəbərlər !
Bir birinə bənzər şirkətlər çoxdur, bizləri fərqli edən isə müştəri yönümlü işləməyimizdir!
- 13 Sentyabr 2018
- Tugba xanım, əvvəla Hesab.az-ın yaranma tarixi və zəruriyyəti ilə bağlı bizə məlumat verərdiniz.
İlk olaraq 2007-ci ildə Golden Pay onlayn ödəniş sistemi yaradıldı, daha sonra isə 2011-ci ildə Hesab.az fəaliyyətə başladı və hal hazırda Azərbaycanın ən böyük onlayn ödəmə platformasıdır.
- Bildiyimizə görə yaxında hesab.az-da dəyişiklilklər oldu. Bu dəyişikliklər nədən ibarətdir?
İlk növbədə onu qeyd edim ki, bizim üçün ən önəmlisi müştəri məmnuniyyəti və müştərilərdən gələn fikirlərdir. Saytın müştəri yönümlü və istifadəçi təcürbəsi daha yüksək olan bir sayta çevrilməsi üçün dəyişikliklərin vacib olmasını düşündük.
Hər şeyi bir gecə içində mükəmməl şəkildə istifadəçilərə təqdim etmək istəsək də, hərdən gözləmədiyimiz çatışmazlıqlar ortya çıxır. Biz bunun fərqinə varırıq və dəfələrlə sosial şəbəkələrdən istifadəçilərimizdən bu mövzuda üzr istəyib nə qədər üzgün olduğumuzu söyləyirik.
Məqsədimiz daha da sürətli və rahat ödənişlər platformasına çevrilmək idi. Yeniliklərdən biri isə - avtomatik ödəniş funksiyasıdır. Bir dəfə ödəniş etdikdən sonra, növbəti aylarda həmin ödənişi tənzimləyə bilərsiniz və borcunuz yarandığı zaman avtomatik kartınızdan ödəniləcək. Həmçinin hər ödənişlərinizdən bonuslar qazmaq imkanınız var.
- Sürətlə inkişaf edən texnoloji yeniliklərə ayaq uydura biləcəyinizə inanırsınız?
GoldenPay şirkəti artıq 12 ildir Azərbaycanda xidmət göstərsə də, şirkət daxilində biz hələ də bir Start Up kimiyik. Yəni bizdə bir qərar alındıqdan sonra günlərlə, aylarla gözləmirik. Bir qərar qəbul edildikdən sonra tez bir şəkildə həyata keçirilir və bu da bizi digər şirkətlərlə müqayisədə daha sürətli edir. Çünki bizim bir “açıq qapı” prinsipimiz var. Mənim qapım və şirkətin direktoru Naina xanımın qapısı daim açıq olur. Əməkdaşlarımız istənilən vaxt hər hansı təklif və fikirlərini gəlib bizimlə paylaşırlar. Bu bizi Azərbaycandaki bir çox şirkətlərdən fərqləndirir.
- Hər zaman müştəri məmunniyyətini öndə tutduğunuzu vurğulayırsınız bunun üçün hansı işlər görülür?
Belə deyək böyük şirkətlərə baxdığımız zaman, məsələn Facebook, Apple, Amazon - bu şirkətlərin müştəri ilə böyüdüynü görürsünüz. Biz də Hesab.az olaraq belə böyüyüb, inkişaf etmək istəyirik. Bir birinə bənzər şirkətlər çoxdur, bizləri fərqli edən isə müştəri yönümlü işləməyimizdir. Mən də, Naina xanım da gələn müştəri şikayətlərini tək-tək oxuyuruq. Baş verən yeliklərimizlə bağlı gələn bir müştəri şikayətini birbaşa öz e-mail ünvanlarımızdan cavablandırırıq.
Əməkdaşlarımız da 7/24 gələn təklif və şikayətləri izləyir və hər hansı bir problem varsa sürətli bir şəkildə həll edirlər. İş saatımız saat 9-dan 7-yə kimi olsa da günün digər saatlarında vacib, həll olunası hər hansı bir məsələ olarsa - biz onu mütləq şəkildə həll edirik.
- Saytınızdan aldığım məlumata görə 100 dən çox xidmət həyata keçirirsiniz. Bir sayt üzərində bu qədər xidmətin və eyni zamanda müştəri məmnuniyyətini bir arada tutmaq çətin olmurki? Bu bir avtomatik sistem üzərindən baş verir, yoxsa işçilər həyata keçirir?
Bu sayt uzun müddət ərzində hazlrlanan bir sistemdir. Belə ki, hazır sistem üzərindən baş verən bu işlərə texniki tərəfdən işçilərimiz daim nəzarət edir. Məsələn, hər hansı şirkətin ödənişləri həyata keçmədiyi zaman, gözləniməyən problemlər ortaya çıxdığı zaman, bizim IT əməkdaşlarımız dərhal bu kimi məsələləri həll edir. Çalışırıq müştərilərimiz hər zaman bizdən razı qalsın.
- Bir zamanlar bütün ödənişləri etmək üçün insanlarımız poçtlarda sıraya düzlürdülər, indi isə texnologiyanın inkişafı ilə bağlı işimiz daha da asanlaşıb. Elə bir ödəniş növü var ki, o sizin saytda yoxdur?
Əlbəttdə ki var, lakin heç də mümkün olmayan bir şey deyil. Biz hər gün inkişaf edirik və nəzərdə tutduğumuz fərqli xidmətlər var. Düşünürəm ki, bu bir çatışmazlıq deyil, inkifaş prosesidir.
- Müştəriləriniz hansı xidmətlərinizə üstünlük verir?
Daha çox kommunal ödənişlər və mobil ödənişlərə üstünlük verilir. Bir çox müştərimiz bank kreditlərini ödəyirlər. Onu da qeyd edim ki, bağlanmış bankların kredit ödənişləri də hələ də bizim sayt üzərindən aparılır.
- Gələcək fəliyyətiniz, planlarınız və layihələriniz nədən ibarətdir?
İlk olaraq mövcud olanı daha gözəl bir şəkilə təqdim etməkdir. Xidmət sayının artırılmasıdır. Hal-hazırda 100-dən artıq xidmətimiz varsa, bu sayı 200-ə çatdırmaq istəyirik. Bir çox imzası atılmayan layihələrimiz var. Onu deyə bilərəm ki, gözləyin 2018-ci illin sonunda gözəl yeniliklərlə olacaq.