Nazirliyin Data Mərkəzi yeni xidmət istifadəyə verib

  • 12 Sentyabr 2018

CHİP.AZ Technote.az-a istinadən xəbər verir ki, bugündən etibarən Data Mərkəzi müştəriləri Microsoft (MS)Windows Server əməliyyat sistemli virtual maşınlarıaylıq icarə yolu ilə əldə edə biləcəklər.

Data Mərkəzi əməliyyat sisteminin lisenziyasını bulud provayderləri üçün nəzərdə tutulan model əsasında təqdim edir. Sözügedən lisenziyanın icarəsi müştərilərə bir sıra nəzərə çarpacaq üstünlüklər verəcək.

Bununla da, müştərilər kapital xərclərindən azad olaraq istismar xərcləri əsasında MS Windows Server əməliyyat sistemli virtual mühitlərdən faydalana biləcəklər. Xidmətdən istifadənin rahat dəyişdirilə bilən olması isə tələbat yarandıqca, lisenziyaların sayını asanlıqla uyğunlaşdırmağa imkan verir.

Bundan əlavə, “MS Windows Server”inyenilənməsi üçün müştərilərin əlavə ödəniş etməsinə ehtiyac qalmır. Əməliyyat sisteminin bütün yenilənmələri Data Mərkəzinin resursları hesabına qarşılanır. Beləliklə, virtual mühitdən istifadə etməklə müştərilər hər zaman “MS Windows Server”əməliyyat sisteminin ən son versiyası ilə təmin olunmaq imkanına malik olur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır