Ekrandan barmaq izi oxuyan Galaxy modeli gəlir!

  • 06 Sentyabr 2018

Paylaşılan hesabatda həmçinin Samsungun yaxın zamanda  bazara çıxacağı təxmin edilən Galaxy P1 modelinin, ekrandan barmaq izi oxuma texnologiyasına sahib olacağı irəli sürülüb.

Önümüzdəki ay rəsmi olaraq tanıdılması gözlənilən Galaxy P modelinin Galaxy P1 olaraq adlandırılması gözlənilir. Orta sinif ağıllı telefon istifadəçilərinə xitab edəcək olan modelin, yeni nəsil Exynosa və 4 GB yaddaşa sahib olacağı düşünülür. Cüt arxa kamera ilə gəlməsi gözlənilən Galaxy P, ekranının altına yerləşdirilmiş kamera sensorları köməyiylə ekrandan barmaq izi oxuya biləcək. Hələlik hər şeyin bir şayiədən ibarət olduğunu da qeyd edək. İrəliləyən günlərdə Samsung rəsmilərin bu mövzu haqqında daha dəqiq məlumatları istifadəçiləri ilə bölüşməsi deyilir.

Həmçinin ötən Avqust ayında, Çində paylaşılan hesabatda bütün Galaxy S10 modellərində ekrandan barmaq izi oxuma texnologiyasına sahib olacağı bildirilmişdi. Ekranın altında yer alan kamera sensorları sayəsində barmaq izini 2 ölçülü olaraq təhlil edən, bu barmaq izi oxucusu olduqca sürətli çalışdığı da vurğulanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır