Google Chrome 10-uncu ilini qeyd edir. 10uncu yaşının şərəfinə istifadəçilərin qarşısına yeni dizaynı və xüsusiyyətləri ilə çıxan Google Chrome 69 təzələməsini dərc etdi.
Google Chrome yenilikləri!
Populyar internet skaneri Google Chrome 10 ili geridə qoydu. Yeni yaşında, imicini dəyişdirən internet skaneri bir sıra funksional xüsusiyyətləri də istifadəçilərinə təqdim edib. Bu gün nəşr olunan Google Chrome 69 ilə təqdim olunan yeniliklərə daha yaxından baxaq.
Həm masaüstü həm də mobil üçün yenilənən dizayn!
Chrome 69-in ən diqqət çəkən yeniliyi isə həm masaüstü həm də mobil üçün yenilənən dizayndır. Yeniləşən imicinin ən son material dizayn xəttinin üzərində qurulduğunu görürük. Sadə və müasir dizayn anlayışı ilə olduqca qəşəng bir görünüşə qovuşan Chrome, gözə olduqca xoş görünür.
Yeni parol sistemi
Ötən saatlarda yayımlanan Chrome 69 təzələməsi təqdim etdiyi digər bir yenilik isə daha güclü hala gətirilən parol sistemi qarşımıza çıxır. Yenilənən parol sistemi ilə yeni qeydiyyat olacağınız bir sayta, Google tərəfindən yaradılan daha güclü parollar ilə giriş edə bilərsiniz.
İnkişaf etmiş axtarış nəticələri
Yeni təzələmə ilə funksional bir digər xüsusiyyət isə inkişaf etmiş axtarış nəticələri ilə artıq istifadəçilər daha sürətli bir şəkildə axtardıqlarına nail olacaqlar. Olduqca faydalı bir yenilik olan inkişaf etmiş axtarış nəticələri ilə istifadəçilər artıq araşdırmaq istədiyi məsələyə daha sürətli bir şəkildə çatacaqlar.