Apple Watch ilin ikinci rübünü də lider olaraq sonlandırdı

  • 05 Sentyabr 2018

Keçən ilə görə 38 faiz həcmində artım baş verdi. Satışlar firmanı da məmnun edir.

Bu ilin dördüncü nəsli ilə istehlakçının qarşısına çıxmağa hazırlaşan Apple Watch, bazarda  yüksəlişini davam etdirir. İlin ikinci rübündə Apple Watch bazardakı liderliyini qorudu. Aparılan araşdırmalara görə, Apple Watch modeli ikinci rübdə ümumilikdə 4.7 milyon ədəd satış edib. Ötən illə müqayisədə 38 faiz artım var. Bazarda yalnız Apple Watch Series 1 və 3 yer aldığı üçün iki modellə əldə edilən uğur diqqətçəkir. Hətta ilk seriyanın üçüncü seriyadan daha çox satdığı da gündəmə gəlmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır