Tam elektrikli ilk Mercedes avtomobil Mercedes-Benz EQC

  • 05 Sentyabr 2018

Mercedes-Benz EQC adını daşıyan tamamilə elektrikli avtomobilin ilk konsepsiyası iki il öncə Paris Avtomobil Sərgisində göstərilmişdi. 322 kilometrdən artıq yola sahib olan EQC-i İsveçdə keçirilən bir tədbirdə tanıdan Mercedesin dam şirkəti Daimlərin heyətinin sədri Dieter Zetsche, EQC ilə şirkət üçün yeni bir çağın şəfəqinə gəldiklərinə bildirib.

Tam adı Mercedes-Benz EQC400 4matıc olan avtomobil ABŞ-da 2020-ci ildə yollara çıxacaq. Maşının istehsalı isə 2019da Almaniyada başlayacaq. EQC sonrakı dövrlərdə şirkətin Çin və ABŞ-dakı zavodlarında da istehsal ediləcək.

Mercedes avtomobilin konsepsiya variantında 480 kilometrdən artıq bir yol vəd etsə də, maşının istehsal versiyası tam doldurma bundan daha qısa bir yol keçəcək. Daimlərdən verilən məlumata görə, Mercedes-Benz EQC tək doldurmayla təxminən 450 kilometr gedə biləcək. Ancaq sözügedən hesablamanın Avropanın NEDC standartlarına uyğun keçirildiyini qeyd etmək lazımdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər