Sony PS2 əfsanəsini bitirdi!

  • 05 Sentyabr 2018



Commodore 64, Sega, PS1 və Atari kimi əfsanələrin gömüldüyü konsol qəbiristanlığına bu səfər də 2000-ci illərin əfsanəsini dəfn edirik. Əfsanə oyun 2013-ci ildə satışı dayandırmış, lakin Sony tərəfindən texniki dəstək verilməyə davam edirdi. Əslində çoxdan aramızdan ayrılıb. Sony istifadəçilərə verdiyi anonsda 31 Avqusta qədər kamo təmiri üçün son təmir formalarını doldurmalarını istəyib. Təmir üçün isə doldurulan formaların PS2-lərlə birlikdə 7 Sentyabra qədər təslim edilməsi tələb olunur.PS1 ilə başlayan bu macəra, PS2 sonrası Sony-nin bazarda olan bütün rəqiblərini toz duman etməsi ilə bitdi.

Playstation ilk olaraq Playstation 1 olaraq 1994-ci ildə Yaponiyada bazara çıxdı. Tam bir il sonra isə ABŞ bazarına daxil olaraq oyun bazarını silkələməyə başladı. Bundan tam beş il sonra 2000-ci ildə ortaya çıxan PsONE isə əslində Playstation 1-in yenilənmiş bir versiyasıdır. Sony əsas sürprizini isə bir ay sonra etdi. PS2 Oktyabrın 2000-də bazara çıxdı və qısa müddətdə  bazarın yeganə hakimi oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər