Azərbaycan dilində ilk texnologiya jurnalı olan “Chip”in məqsədi bütün texnologiya, IT şirkətlərini bir araya toplayaraq, texnologiya sahəsində olan yeniliklərdən birlikdə xəbər tutmaqdır.Kompüter, proqramlaşdırma, sosial şəbəkə, bir sözlə, texnologiyaya dair praktik məqalələri iləzəngin olan “Chip” jurnalında sizin üçün maraqlı olan mövzularıgörə bilərsiniz.

“Chip” jurnalı təkcə informasiya baxımından deyil, sosial və iqtisadi layihələrin keçirilməsi, şirkətlərin yeni biznes əlaqələrinin qurulması və inkişaf etdirilməsi, eyni zamanda da təhsil müəssisələrində ixtisaslaşmış kadr ehtiyatlarının yaradılmasında xüsusilə faydalı olacağına əmindir.

İlk sayı çapdan çıxan jurnal rübdə 1 dəfə olmaqla ildə 4 dəfə oxucularının görüşünə gələcək. Jurnal artıq bir çox şirkətlərin, hotellərin,eyni zamanda orta və ali təhsil müəssisələrinin abunəliyini qazanmışdır.

Redaksiya heyəti
Baş redaktor: Xəyalə Nəsirli
Redaktor: Sevinc Baba-zadə
Korrektor: Sevinc Baba-zadə
Dizanyerlər: Ceyhun Bagiyev, Teymur Fərziyev
Nəşriyyat: Maxofset
Redaksiya ünvanı: Nərimanov ray., Əhməd rəcəbli 156 (Aynalı plaza)
Email: info@chip.az
Tel: (012) 555 22-73 (055) 213 43-61

Jurnala abunə olmaq üçün aşaqıda göstərilən ad, soyad, telefon və ünvan xanalarını doldurub göndərmək kifayətdir. Kuryer məkana çatdırılma edərkən abunə olacaq hər bir kəs üçün illik, yaxud da rüblük abunə müqaviləsi təqdim olunacaqdır.

Abunəlik formu