Yeni HUAWEI ağıllı saatları nələr edə bilir
WATCH 6 seriyasından olan ağıllı saatı əlinizə götürdükdə ilk diqqətinizi çəkən məqam onun nə qədər yüngül olmasıdır. 42 mm-lik HUAWEI WATCH 6, WATCH seriyasındakı ən yüngül modeldir.
Titan ərintisindən korpusa malik ən ağır versiya – "Pro" modeli – cəmi 60 qram ağırlığındadır. Saf ağ rəngli, yüksək texnologiyalı keramikadan hazırlanmış "Pro" versiyası qadınlar üçün əla seçimdir; o, digərindən 10 qram daha yüngüldür. "WATCH 6" seriyasındakı ən yüngül baza modeli isə cəmi 38 qramdır. Bu yeni seriyadakı hər bir cihaz istənilən şəraitə – istər ofisə gedərkən, istər qaçışa çıxarkən, istərsə də alış-veriş edərkən – uyğun olacaq şəkildə dizayn edilib. Bundan əlavə, qadınlar üçün nəzərdə tutulmuş keramik "Pro" modelləri qızıl zinət əşyaları ilə mükəmməl uyğunluq təşkil edir – bu, ağıllı saatlar üçün nadir xüsusiyyətdir. Bir sözlə, "WATCH 6" seriyasının əsas fəlsəfəsi çoxfunksiyalılıqdır.Bu saatlar gündəlik istifadə üçün nəzərdə tutulub və həyatı daha rahat edir. Onlar istifadəçilərə əlaqədə qalmağa, müxtəlif idman növləri ilə məşğul olmağa və fiziki sağlamlıqlarını izləməyə kömək edir. Əsas yeniliklərdən biri onların yüksək səviyyəli dizaynı və hər bir funksiyaya inteqrasiya olunmuş intellekt səviyyəsidir.
Şərhlər
Şərh yaz