Yeni dünya rekordu: 151 robotun sinxron rəqsi

Nəzakət Quliyeva 19.11.2026 1 dəqiqə 102
Yeni dünya rekordu: 151 robotun sinxron rəqsi

151 humanoid robot sinxron rəqslə yeni dünya rekorduna imza atdı.

Çinin Şençjen şəhərində 151 insanabənzər robot eyni vaxtda rəqs edərək Ginnesin Rekordlar Kitabına düşüb. Maraqlı nümayiş zamanı robotlar musiqinin ritminə uyğun hərəkətlər edərək əvvəlki 110 robotluq hədəfi geridə qoyublar.

Tədbirin əsas iştirakçılarından biri EngineAI şirkətinin hazırladığı T800 humanoid robotları olub. Ümumilikdə 20 T800 robotu nümayişdə iştirak edərək şirkətin çoxsaylı robotları eyni vaxtda idarə etmək texnologiyasını göstərib.
1,73 metr hündürlüyündə və təxminən 75 kiloqram ağırlığında olan T800 adi rəqs hərəkətləri ilə kifayətlənmir. Robot mürəkkəb təpiklər, fırlanmalar, yerdən sürətlə qalxma və arxaya salto kimi hərəkətləri də yerinə yetirə bilir.
Nümayişin ən maraqlı tərəfi robotların hərəkətlərinin millisaniyə dəqiqliyi ilə sinxronlaşdırılmasıdır. Bu texnologiya çoxsaylı humanoid robotların mürəkkəb hərəkətləri eyni vaxtda və koordinasiyalı şəkildə yerinə yetirməsinə imkan verir.
Təşkilatçılar bu nümayişlə humanoid robotların gələcəkdə əyləncə, sənaye, ticarət və müxtəlif xidmət sahələrində istifadə imkanlarını göstərməyi hədəfləyiblər.

Şərhlər

Şərh yaz