XPENG GX Azərbaycanda satışa çıxarıldı
XPENG GX Plug-in Hybrid modeli 108 800 AZN qiymətlə Azərbaycanda rəsmi distribütor vasitəsilə satışa təqdim olunub.
Plug-in Hybrid texnologiyası ilə təchiz edilən avtomobil 503 at gücünə malikdir. Modelin ümumi yürüş məsafəsi isə 1585 kilometrə qədərdir.
XPENG GX həm şəhərdaxili, həm də uzun məsafəli səfərlər üçün nəzərdə tutulub.