Xpeng-dən insan kimi hərəkət edən robotlar
IRON robotu mağazalarda müştəriləri qarşılayacaq və gündəlik işlərdə kömək edəcək.
Çinin Xpeng şirkəti insanabənzər robotu IRON-un kütləvi istehsalına hazırlaşır. Şirkət robotun istehsalına 2027-ci ilin yanvarında başlamağı planlaşdırır.
IRON insan kimi hərəkət edə, ətrafı tanıya və müxtəlif tapşırıqları yerinə yetirə bilir. Robot AI texnologiyası ilə təchiz olunub və insanlarla ünsiyyət qurmaq üçün hazırlanıb.
İlk mərhələdə robotların şirkətin mağazalarında sınaqdan keçirilməsi nəzərdə tutulur. Onlar müştəriləri qarşılaya, məhsullar haqqında məlumat verə və gündəlik işlərdə kömək edə biləcəklər.
Xpeng-in planına görə, IRON robotunun satışlarına 2027-ci ilin ikinci rübündə başlanacaq. Şirkət gələcəkdə bu texnologiyadan müxtəlif sahələrdə istifadə etməyi hədəfləyir.
Şərhlər
Şərh yaz