Xiaomi-dən 3 yeni aksesuar
Xiaomi yeni ağıllı saat, fitnes qolbağı və açıq qulaqlıq modellərini təqdim etdi.
Saat və qolbaq yenilənmiş interfeysə malik “HyperOS 4” sistemi ilə işləyir. “Xiaomi Watch S5 41mm” modelinin qiyməti 229,90 avrodan (təxminən 430 manat), standart “Smart Band 11” qolbağının qiyməti isə 59,90 avrodan (təxminən 110 manat) başlayır. NFC versiyası 80 avroya (təxminən 150 manat) satılır. Yeni cihazlar ABŞ bazarında rəsmi satışa çıxarılmayacaq. Qolbağın NFC vasitəsilə ödəniş imkanları isə istifadəçinin yerləşdiyi regiondan asılı olacaq.