Windows işləməsə belə, kompüteri uzaqdan idarə edir: JetKVM Mini W

Ayaz Məmmədli 26.11.2026 2 dəqiqə 104
Windows işləməsə belə, kompüteri uzaqdan idarə edir: JetKVM Mini W

JetKVM Mini W Windows-suz da kompüteri uzaqdan idarə edir. Windows çöksə belə, bu cihaz kompüterə girişi edə bilir.

JetKVM Mini W əməliyyat sistemi işləməsə belə, kompüterə uzaqdan qoşulmağa və onu idarə etməyə imkan verən kompakt qurğudur. Windows çöksə və ya kompüter açılmasa belə, cihaz vasitəsilə BIOS-a daxil olmaq, sistemi bərpa etmək, Windows-u yenidən quraşdırmaq və faylları ötürmək mümkündür. 42 × 42 × 23 mm ölçülərində olan qurğu Bluetooth vasitəsilə quraşdırılır, daha sonra Wi-Fi şəbəkəsinə qoşularaq veb-interfeys üzərindən idarə edilir. Uzaqdan bağlantı JetKVM-in bulud xidməti və ya VPN vasitəsilə həyata keçirilir. Cihazda bərpa proqramlarını və Windows-un yükləmə diskini saxlamaq üçün microSD kart yuvası da var. JetKVM Mini W Windows, macOS və Linux sistemlərini dəstəkləyən OS Services komponenti ilə də təchiz olunur. Qurğunun satış qiyməti 42 dollardır.

Şərhlər

Şərh yaz