Universitetlərdə AI-a yeni məhdudiyyətlər

Nəzakət Quliyeva 15.11.2026 1 dəqiqə 103
Universitetlərdə AI-a yeni məhdudiyyətlər

Yeni qaydalar dərslərdə AI istifadəsini tənzimləyəcək.

Nyu-York Universitetinin Tandon Mühəndislik Məktəbi tələbələrin dərslərdə süni intellektdən necə istifadə etməli olduğunu müəyyənləşdirən yeni qaydalar hazırlayıb.
Yeni sistemə əsasən, tapşırıqlar üç qrupa bölünəcək. Bəzi işlərdə AI-dan istifadə tam qadağan ediləcək, digərlərində məhdudlaşdırılacaq, müəyyən tapşırıqlarda isə tələbələrə süni intellektdən sərbəst yararlanmağa icazə veriləcək.
Universitet bu yanaşma ilə tələbələrin texnologiyadan düzgün istifadə etməsini, eyni zamanda müstəqil düşünmə və problem həll etmə bacarıqlarını qorumasını hədəfləyir.

0