Üç enerji mənbəyi bir kapot altında: Çində 1880 km-dək yol gedən sedan satışa çıxıb

Aysel Hacıyeva 07.11.2026 1 dəqiqə 72
Üç enerji mənbəyi bir kapot altında: Çində 1880 km-dək yol gedən sedan satışa çıxıb

Çində Geely Galaxy Xingyao 6 EF hibrid sedanının satışına başlanılıb. Starshine 6 EF adı ilə də tanınan modelin subsidiyalar nəzərə alınmaqla kampaniya qiyməti 19 600 manat, standart qiyməti isə 22 100 manatdan başlayır.

Avtomobil elektrik, benzin və metanolla işləyə bilir. Benzinlə metanolu eyni çəndə istənilən nisbətdə qarışdırmaq mümkündür. Elektron sistem qarışığın tərkibini müəyyənləşdirərək mühərrikin işini uyğunlaşdırır. İstehsalçı təxminən −40 °C temperaturda işə düşmə imkanı da vəd edir. CLTC sınaq dövrü üzrə elektriklə maksimum yürüş məsafəsi 230 kilometrdir. Dolu batareya və metanol çəni ilə 1250, benzinlə isə 1880 kilometrədək məsafə açıqlanıb. Salonda 10,25 düymlük rəqəmsal cihazlar paneli, 14,6 düymlük mərkəzi ekran və süni intellekt əsaslı səsli köməkçi nəzərdə tutulub.