Toyota-dan pedalsız avtomobil

Ayaz Məmmədli 18.11.2026 2 dəqiqə 118
Toyota-dan pedalsız avtomobil

Toyota-nın NEO Steer konsepti avtomobili ayaqlardan istifadə etmədən idarə etməyə imkan verir.

Toyota”nın NEO Steer konsepti qaz və əyləc pedallarını ləğv edərək onların funksiyalarını sükan üzərindəki idarəetmə elementlərinə köçürür. Motosiklet sükanından ilhamlanan sistemdə qaz sağ tərəfdəki xüsusi qolla, əyləc isə ayrıca idarəetmə qolları ilə tənzimlənir. Beləliklə, sürücü avtomobili yalnız əlləri ilə idarə edə bilir.  NEO Steer “Steer-by-Wire” texnologiyasından istifadə edir. Bu sistem sükanın cəmi 90 dərəcə döndərilməsi ilə avtomobilin istiqamətini dəyişməyə imkan verir. Konseptin əsas məqsədlərindən biri aşağı ətraflarından istifadə imkanları məhdud olan şəxslər üçün avtomobil idarəetməsini asanlaşdırmaqdır. NEO Steer ilk dəfə 2023-cü ildə keçirilən Japan Mobility Show sərgisində nümayiş olunub. Konsept həmin vaxt Toyota Land Cruiser 250 üzərində nümayiş etdirilib.

Şərhlər

Şərh yaz