Sİ qəbiristanlığı: bazardan silinən layihələr

Ayaz Məmmədli 25.10.2026 2 dəqiqə 62
Sİ qəbiristanlığı: bazardan silinən layihələr

Süni intellekt layihələrinin 42%-i dayandırılır, startaplar isə rəqabətə tab gətirməkdə çətinlik çəkir.

Süni intellekt bazarında bütün layihələr uğur qazanmır. Bəzi startaplar fəaliyyətini dayandırır, digərləri isə gözlənilən nəticələri əldə edə bilmədiyi üçün istiqamətini dəyişir. Bu uğursuz cəhdlər texnologiya sektorunda getdikcə böyüyən Sİ qəbiristanlığını formalaşdırır.

Zapier alternativi kimi yaradılan Relay platforması süni intellekt agentləri vasitəsilə e-poçt və tapşırıqların avtomatlaşdırılmasına imkan verirdi. Lakin OpenAI, Google və digər böyük şirkətlər oxşar funksiyaları öz məhsullarına inteqrasiya etdikcə müstəqil xidmət kimi fəaliyyət göstərmək çətinləşdi. Beş illik fəaliyyətindən sonra Relay avqust ayında fəaliyyətini tamamilə dayandırdı.

Character.ai chatbot platforması da fəaliyyətə başladıqdan cəmi beş il sonra iflas üçün müraciət edib.

S&P Global Market Intelligence məlumatlarına görə, şirkətlərin süni intellekt təşəbbüslərinin təxminən 42%-i nəticədə dayandırılır. Buna maliyyə çatışmazlığı, texniki problemlər, güclü rəqabət, layihələri genişləndirmək çətinliyi və istifadəçi tələbatının zəif olması səbəb olur.

Süni intellekt bazarındakı bu nümunələr göstərir ki, innovativ ideya uğur üçün kifayət etmir. Layihənin uzunmüddətli fəaliyyəti üçün real istifadəçi tələbatı, rəqabət üstünlüyü və dayanıqlı biznes modeli də vacibdir.