Saniyədə 30 kadr RAW çəkilişi ilə Sony A7R VI

Ayaz Məmmədli 21.11.2026 1 dəqiqə 103
Saniyədə 30 kadr RAW çəkilişi ilə Sony A7R VI

Sony A7R VI 2026-cı ilin ən yaxşı kamerası seçildi.

Kamera saniyədə 30 kadr sürətlə RAW formatında fasiləsiz çəkiliş aparır. Süni intellekt əsaslı avtofokus sistemi hərəkətdə olan obyektləri, o cümlədən idmançıları və vəhşi təbiət nümayəndələrini izləyərək fokusun dəqiqliyini qoruyur. Yenilənmiş sensor sayəsində əvvəlki modellə müqayisədə məlumatların oxunma sürəti 5,6 dəfə artıb. Sony A7R VI modelindəki 5 oxlu optik görüntü sabitləşdirmə sistemi kamera titrəyişlərinin təsirini azaldır. Bu xüsusiyyət xüsusilə portret, mənzərə və hərəkətli obyektlərin çəkilişində daha aydın görüntülər əldə etməyə kömək edir. Video imkanlarına gəldikdə, kamera saniyədə 30 kadr sürətlə 8K çəkilişi dəstəkləyir. Bununla belə, Engadget qeyd edir ki, 4K formatında video keyfiyyəti bəzi rəqib modellərlə müqayisədə zəif qala bilər. Modeldə RAW video çəkilişinin olmaması da çatışmazlıq kimi qiymətləndirilir. Sony A7R VI 2026-cı ilin iyununda satışa çıxıb. Kameranın ABŞ bazarı üçün elan edilən başlanğıc qiyməti 4 499,99 dollar təşkil edir.

Şərhlər

Şərh yaz