Rusiyada internet çökdü: Putin kibertəhlükəsizliklə bağlı geniş müşavirə keçirəcək
Oktyabrın 14-də səhər saatlarında Rusiyada internet xidmətlərinin, bank tətbiqlərinin və mobil operatorların saytlarının işində genişmiqyaslı fasilələr yaranıb.
Ölkənin müxtəlif regionlarından minlərlə insan problemlərlə üzləşdiklərini bildirib. Rusiya Prezidenti Vladimir Putin kibertəhlükəsizliklə bağlı geniş müşavirə keçiriləcəyini elan edib. İnternet resurslarının işindəki nasazlıqları izləyən Detector.404, DownDetector və Сбой.рф portallarının məlumatları genişmiqyaslı problemlərin baş verdiyini təsdiqləyir.
Detector.404 portalının məlumatına görə, ən çox şikayət Moskva və Sankt-Peterburq şəhərlərindən, eləcə də Moskva, Leninqrad və Samara vilayətlərindən daxil olub.