Rusiya qatarında humanoid robotları işə başlayacaq

Tahirə Nəcəfova 17.11.2026 1 dəqiqə 85
Rusiya qatarında humanoid robotları işə başlayacaq

Rusiya Dəmir Yollarının sərnişin qatarlarında humanoid robotlardan istifadə edilməsi planlaşdırılır. Məlumata görə ilk belə köməkçilər yaxın iki-üç il ərzində işə başlaya bilər. ​Robotlar bələdçilərə sərnişinlərə xidmət göstərməkdə kömək edərək köməkçi tapşırıqları yerinə yetirəcəklər.

​Bununla belə, insanların maşınlarla tamamilə əvəz olunması nəzərdə tutulmur. Sərnişinlərə xidmət göstərməkdə əsas məsuliyyət yenə də bələdçilərin üzərində qalacaq.  
​Hələlik robotların tam olaraq necə görünəcəyi, hansı vəzifələrin həvalə olunacağı və hansı qatarlarda ilk olaraq peyda olacaqları məlum deyil.  
​Texnologiyalar tədricən dəmir yollarına da gəlib çatmaqdadır.