Pentaqonun xarici texnologiyalara qarşı gizli qurum yaratdığı iddia edilir

Ayaz Məmmədli 28.10.2026 2 dəqiqə 73
Pentaqonun xarici texnologiyalara qarşı gizli qurum yaratdığı iddia edilir

Pentaqonun yeni qurumunun xarici texnologiyaları sıradan çıxarmağı hədəflədiyi bildirilir.

ABŞ Müdafiə Nazirliyinin ölkənin hərbi üstünlüyünə təhlükə yarada biləcək xarici texnologiyaları sıradan çıxarmaq məqsədilə xüsusi qurum yaratdığı iddia edilir. GIGAZINE-nin məlumatına görə, “Technical Support Office” (TSO) adlı qurum 2026-cı ilin aprelində fəaliyyətə başlayıb. Pentaqon rəhbəri Pete Hegseth də daxil olmaqla, yüksək vəzifəli rəsmilər qurumun yaradılması barədə açıq açıqlama verməyib. Bu məxfilik hərbi modernləşmə və xarici rəqiblərə qarşı sərt siyasətini açıq şəkildə bəyan edən nazirlik üçün diqqətçəkən haldır. POLITICO da Pentaqonun məsələ ilə bağlı susqunluğuna diqqət çəkib. Bununla belə, TSO-nun hansı texnologiyaları hədəf alacağı və onları sıradan çıxarmaq üçün hansı üsullardan istifadə edəcəyi barədə konkret məlumat yoxdur.