Naxçıvanda regional radio-monitorinq stansiyası istifadəyə verilib

Tahirə Nəcəfova 26.11.2026 1 dəqiqə 84
Naxçıvanda regional radio-monitorinq stansiyası istifadəyə verilib

"Report"un Naxçıvan bürosunun xəbərinə görə, stansiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Radio Tezliklər üzrə Dövlət İdarəsi ilə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşlığı nəticəsində yaradılıb.

Stansiyanın yaradılması Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üçün sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuşdur. Stansiyanın əsas funksiyalarına muxtar respublika ərazisində radio tezlik spektrindən və radioelektron avadanlıqlardan istifadəyə nəzarətin gücləndirilməsi, real vaxt rejimində radiomonitorinqin aparılması, radio tezlik istifadəçilərinin uçotunun aparılması, həmçinin onların fəaliyyətinin qanunvericilik tələblərinə uyğunluğunun yoxlanılması daxildir.

Şərhlər

Şərh yaz