Mercedes-Benz-in nadir super avtomobilini satışa çıxarılıb

Tahirə Nəcəfova 12.11.2026 1 dəqiqə 78
Mercedes-Benz-in nadir super avtomobilini satışa çıxarılıb

Ön şüşəsi olmayan nadir Mercedes superkarı hərraca çıxarılır. Damı və ön şüşəsi tamamilə olmayan, əfsanəvi "Mercedes-Benz SLR McLaren Stirling Moss" spidsterinin sonuncu nüsxəsi "RM Sotheby's Sealed" tərəfindən təşkil olunan beynəlxalq onlayn hərracda satışa çıxarılacaq.

Bu unikal avtomobil üçün hərracın cari ilin 26 noyabr – 3 dekabr tarixləri arasında keçirilməsi nəzərdə tutulub. Söhbət bu seriyanın 2009-cu ilin dekabrında istehsal xəttindən çıxan sonuncu – 75-ci – hiperkarından gedir. İstehsal olunduğu 17 il ərzində bu son dərəcə nadir avtomobildən demək olar ki, heç istifadə olunmayıb: onun yürüş göstəricisi cəmi 53 kilometrdir, texniki vəziyyəti isə tamamilə yeni avtomobilinki ilə eynidir.
Üstüaçıq bu avtomobilin kapotu altında 650 at gücünə malik, 5,4 litrlik, kompressorlu V8 mühərriki yerləşir. Bu güc aqreqatı sayəsində avtomobil yerindən 100 km/saat sürətə 3,5 saniyəyə çatır və 354 km/saat kimi təsirli bir maksimum sürətə yüksələ bilir.

Bu konkret nümunə tamamilə şəffaf və unikal mülkiyyət tarixinə malikdir. Zavoddan birbaşa Küveyt kral ailəsinin qarajına çatdırılan bu superkar 2024-cü ilə qədər orada qalıb, daha sonra isə cəmi iki özəl kolleksionerin əlinə keçib.