Kondisionersiz sərinlik, qızdırıcısız istilik: temperaturu özü tənzimləyən bina
Essentiel binası qalın divarlar, üçqat şüşələr və avtomatik havalandırma sistemi ilə daxili temperaturu 20–26 °C arasında saxlamağı hədəfləyir.
“Nexity” inşaat şirkətinin Avstriyanın “Baumschlager Eberle Architekten” memarlıq bürosu ilə əməkdaşlığı əsasında həyata keçirdiyi layihə Fransada ənənəvi isitmə və kondisioner sistemlərinə ehtiyac duymayan ilk yaşayış binasıdır. “Nexity” inşaat şirkətinin Avstriyanın “Baumschlager Eberle Architekten” memarlıq bürosu ilə əməkdaşlığı əsasında həyata keçirdiyi layihə Fransada ənənəvi isitmə və kondisioner sistemlərinə ehtiyac duymayan ilk yaşayış binasıdır. “Nexity” şirkətinin hesablamalarına görə, bu memarlıq yanaşması adi yeni tikililərlə müqayisədə istilik rahatlığı üçün enerji istehlakını 73%, binanın 50 illik istismar dövründə karbon emissiyalarını isə 65% azaltmağa imkan verə bilər. Binanın divarları təxminən 60 santimetr qalınlığında kərpicdən hörülüb. Əhəng suvağı və üçqat şüşəli pəncərələr istilik itkisinin qarşısını alır. Kompakt memarlıq forması da binanın enerji səmərəliliyini artırır. Maraqlı məqam budur ki, binada qanunvericiliyin tələblərinə görə ehtiyat radiatorlar da quraşdırılıb. Onlar yalnız ekstremal hava şəraitində və ya mənzillər uzun müddət boş qaldıqda işə düşə bilər.
Şərhlər
Şərh yaz