Kalkhoff-un yeni elektrik velosipedi: 45Hm mühərrik və zəncir əvəzinə kəmər

Ayaz Məmmədli 24.11.2026 2 dəqiqə 101
Kalkhoff-un yeni elektrik velosipedi: 45Hm mühərrik və zəncir əvəzinə kəmər

Kalkhoff yeni elektrik velosipedini təqdim etdi.

Kalkhoff Image 1 Advance elektrik velosipedi 45 Nm fırlanma anına malik Bosch Hub Line mühərriki ilə işləyir. Modeldə ənənəvi zəncir əvəzinə daha az texniki qulluq tələb edən kəmər ötürücüsündən istifadə olunur. Velosiped UT Gear H2 iki pilləli ötürücü sistemi ilə də təchiz edilib. Modelin çərçivəsinə 540 Vt/saat tutumlu, çıxarıla bilən batareya yerləşdirilib. Rahat sürüş üçün 75 mm hərəkət məsafəsinə malik SR Suntour Mobie A32 ön amortizatoru və amortizasiyalı oturacaq dirəyi nəzərdə tutulub. Velosiped iki çərçivə ölçüsündə və üç rəngdə təklif olunur. Standart komplektasiyaya arxa baqaj rəfi, palçıq qoruyucuları, dayaq və işıqlandırma sistemi daxildir. Əlavə 110 dollar ödəməklə ön baqaj rəfi də quraşdırmaq mümkündür. Modelin satış qiyməti isə təxminən 3 000 dollardır.

Şərhlər

Şərh yaz