iPhone-un qatlanan və rulon kimi açılan modeli olacaq

Ayaz Məmmədli 15.11.2026 2 dəqiqə 111
iPhone-un qatlanan və rulon kimi açılan modeli olacaq

Apple smartfon xəttini genişləndirməyi planlaşdırır. Şirkətin 2028-ci ildə qatlanan iPhone Flip, 2030-cu ildə isə ekranı rulon kimi açılan model buraxacağı gözlənilir.

Apple yeni modellərin ekran təchizatı ilə bağlı Samsung ilə əməkdaşlıq edir. İlkin məlumatlara görə, cihazlarda nano teksturalı ekran örtüyü olacaq. Lakin qatlanan ekranın orta hissəsində bükülmə izinin qalacağı gözlənilir. Şirkətin əsas hədəflərindən biri bu problemi aradan qaldırmaqdır. Apple 2027-ci ildən qatlanan ekranların hazırlanması və istehsalını öz nəzarətinə götürməyi planlaşdırır. Project Nova adlanan layihə çərçivəsində mühəndislər qatlanma izi olmayan ekran texnologiyası üzərində işləyirlər. Bundan əlavə, ekranı xaricə doğru bükülən rulon formalı iPhone modeli də sınaq mərhələsindədir. Testlər uğurlu nəticələnsə, bu cihazın 2030-cu ildə satışa çıxması mümkündür. Bu məlumatları Apple məhsulları ilə bağlı əvvəlki sızıntıları ilə tanınan insayder Majin Bu paylaşıb

0