iPhone-da 80% internet qənaəti

Nəzakət Quliyeva 15.11.2026 1 dəqiqə 104
iPhone-da 80% internet qənaəti

Yeni funksiya internet trafikini 80%-dək azaldır.

Opera şirkəti iPhone istifadəçiləri üçün internet trafikini azaldan yeni Data Saver funksiyasını istifadəyə verib.
Yeni funksiya internet səhifələrindəki şəkil və mətnləri telefona göndərilməzdən əvvəl sıxışdırır. Bunun sayəsində istifadəçilər internetə baxarkən trafik sərfiyyatını 80%-dək azalda bilərlər.
Funksiya xüsusilə internet paketi məhdud olan və xaricdə rouminqdən istifadə edənlər üçün faydalıdır. İstifadəçilər onu Opera One brauzerinin ayarlarından aktivləşdirə bilərlər. Funksiya standart olaraq söndürülmüş vəziyyətdədir.
Yeni imkan hazırda iPhone üçün Opera One brauzerində əlçatandır.

0