Honor ağıllı saatlar seriyasını Pro modeli ilə gücləndirdi: xüsusiyyətləri

Ayaz Məmmədli 19.11.2026 1 dəqiqə 101
Honor ağıllı saatlar seriyasını Pro modeli ilə gücləndirdi: xüsusiyyətləri

Honor Watch 6 Pro 5500 nit parlaqlığa malik AMOLED ekranı, keramika korpusu və 18 günədək batareya ömrü ilə diqqət çəkir.

"Honor Watch 6 Pro” ikizolaqlı GPS və üç antenli sistemlə təchiz olunub. Süni intellekt alqoritmi məkan izləməsinin dəqiqliyini artırır. Saat 120-dən çox idman rejimini dəstəkləyir. Qaçış zamanı bədən duruşunu, ürək döyüntüsünü və laktat həddini izləyir, səsli məşq tövsiyələri verir. Badminton rejimində altıdan çox zərbə növünü tanıyır. Model bilək hərəkətləri ilə idarəetməni, “Strava” inteqrasiyasını və 5ATM, IP68, IP69, IP69K qoruma standartlarını dəstəkləyir. Adi rejimdə 10 gün, enerjiyə qənaət rejimində isə 18 gün işləyir. İlkin satış qiyməti 323 dollardan başlayır. Sonrakı pərakəndə satış qiyməti 439 dollar olacaq.

Şərhlər

Şərh yaz