Higgsfield-in yeni MAGI-2 AI video modeli

Nəzakət Quliyeva 25.11.2026 1 dəqiqə 105
Higgsfield-in yeni MAGI-2 AI video modeli

MAGI-2 istifadəçilərə AI vasitəsilə 1080p keyfiyyətində, 30 saniyəyədək videolar hazırlamağa imkan verir.

Higgsfield şirkəti MAGI-2 adlı yeni  AI video modelini təqdim edib. Yeni texnologiya istifadəçilərə sadəcə mətn yazmaqla və ya şəkil, video əlavə etməklə realistik videolar hazırlamağa imkan verir.

MAGI-2-nin ən maraqlı xüsusiyyətlərindən biri 1080p keyfiyyətində 30 saniyəyədək video yaratmasıdır. Sistem videoya uyğun səs də hazırlaya bilir.
İstifadəçilər videonun hazırlanması zamanı bir neçə şəkil, video və audio nümunəsindən istifadə edə bilərlər. Bu isə personajların görünüşünü və səhnələrin ardıcıllığını qorumağa kömək edir.
Model Sand.ai tərəfindən hazırlanıb və hazırda yalnız Higgsfield platformasında və onun API xidməti vasitəsilə istifadə olunur. Şirkət gələcəkdə modelin açıq çəkilərini də yayımlamağı planlaşdırır.
Yeni model video hazırlamaq istəyən kontent yaradıcıları, reklam mütəxəssisləri və rejissorlar üçün maraqlı imkanlar təqdim edir.

Şərhlər

Şərh yaz