GTA 6-nı pultsuz oynadı və keçdi: İlon Maskın beyin çipinin gücü
Neuralink beyin çipi ilə GTA 6-nı pult istifadə etmədən idarə etmək mümkün olub.
Elon Maskın Neuralink şirkətinin beyin çipi sayəsində GTA 6-nı fiziki pultdan istifadə etmədən oynamaq mümkün olub. Şirkət beyin implantı olan bir iştirakçının oyunu düşüncə vasitəsilə idarə etdiyi görüntüləri paylaşıb.
İştirakçı oyunda avtomobil idarə edir, döyüşür və təyyarə uçurur. Bunun üçün o, müəyyən bədən hərəkətlərini təsəvvür edir. Məsələn, barmağını vurduğunu düşündükdə oyun personajı zərbə endirir, əlini irəli hərəkət etdirdiyini təsəvvür etdikdə isə təyyarənin burnu yuxarı qalxır.
Beyin implantı insanın hərəkət niyyətini qeydə alır və bu siqnalları oyun idarəetmə əmrlərinə çevirir. Beləliklə, oyunçu klaviatura və ya nəzarətçidən istifadə etmədən oyunu idarə edə bilir.
Bu texnologiyanın əsas məqsədi isə yalnız oyun oynamaq deyil. Neuralink beyin çiplərini xüsusilə hərəkət məhdudiyyəti olan insanların kompüter və digər rəqəmsal cihazlardan istifadə etməsini asanlaşdırmaq üçün inkişaf etdirir.
Qeyd edək ki, texnologiya hələ klinik sınaq mərhələsindədir və geniş istifadə üçün əlçatan deyil.
Şərhlər
Şərh yaz