Google Home yenilənir: Ağıllı ev idarəetməsi dəyişir

Ayaz Məmmədli 18.11.2026 1 dəqiqə 104
Google Home yenilənir: Ağıllı ev idarəetməsi dəyişir

Google Home platformasında yeni funksiyalar istifadəyə verilir. Yeniliklərə Google Wallet vasitəsilə qapıların açılması daxildir.

Yeniliklər arasında Google Wallet vasitəsilə ev qapılarını açmaq imkanı da var. NFC və UWB (Aliro) texnologiyalarını dəstəkləyən uyğun kilidlər Pixel və müəyyən Samsung Galaxy smartfonları ilə işləyəcək. İstifadəçilər telefonlarını kilidə yaxınlaşdırmaqla qapını aça biləcəklər. Google Home Premium Advanced abunəçiləri kamera və qapı zəngi bildirişlərində əlavə səs təsvirləri əldə edəcəklər. Məsələn, şüşənin sınması və itin hürməsi kimi səslər hadisələr barədə daha ətraflı məlumat verəcək. Kameraların Activity Zones funksiyası da təkmilləşdirilir. Yeni naqilli modellərdə hərəkət zonalarının sərhədləri daha dəqiq müəyyənləşdiriləcək. Bu dəyişiklik avtomobillərin, heyvanların və zonadan kənardakı digər hərəkətlərin səbəb olduğu yanlış bildirişləri azaldacaq. Google Home veb-saytında videolar arasında keçid də sürətlənir. İstifadəçilər klaviaturanın sağ və sol ox düymələri ilə videonu 5 saniyə irəli və ya geri çəkə biləcəklər.