Galaxy Buds 4 Pro: musiqi, tərcümə və süni intellekt imkanları

Ayaz Məmmədli 19.11.2026 2 dəqiqə 101
Galaxy Buds 4 Pro: musiqi, tərcümə və süni intellekt imkanları

Samsung-un Galaxy Buds 4 Pro qulaqlıqları aktiv səs-küyün ləğvi, süni intellekt imkanları, canlı tərcümə və yüksək keyfiyyətli audio dəstəyi ilə diqqət çəkir.

“Galaxy Buds 4 Pro” qulaqlıqları 22 dili dəstəkləyən Live Translate funksiyası ilə telefon danışıqlarını real vaxtda tərcümə edir. Tərcümə istifadəçinin qulağına səsləndirilir, üzbəüz söhbətlərdə isə qarşı tərəfin dilindəki mətn telefonda göstərilir. Gemini inteqrasiyası vasitəsilə istifadəçi səsli şəkildə süni intellekt köməkçisinə suallar verə, məlumat ala və müxtəlif tapşırıqları yerinə yetirə bilir. Qulaqlıqlar baş hərəkətləri ilə də idarə olunur: başı yuxarı-aşağı tərpətməklə zəngə cavab vermək, sağa-sola yelləməklə isə zəngi rədd etmək mümkündür. Adaptiv ANC ətrafdakı səs-küyün səviyyəsinə uyğun olaraq səsboğmanın gücünü avtomatik dəyişir. Voice Detect istifadəçi danışmağa başlayanda, Siren Detect isə siren səsi eşidəndə Ambient rejimini aktivləşdirərək ətraf səslərin eşidilməsini təmin edir. Model eşitmə dəstəyi funksiyası da təklif edir. Bu xüsusiyyət ətraf səsləri gücləndirərək eşitməkdə çətinlik çəkən istifadəçilərə kömək edir. Musiqi və zənglərin idarəsi üçün isə qulaqlığın gövdəsinə toxunmaq, sıxmaq və barmaqla sürüşdürmək kifayətdir. 

Şərhlər

Şərh yaz