Azercell-in dəstəyi ilə “AWS Agentic Football Cup” turniri təşkil olunacaq

Ayaz Məmmədli 15.10.2026 2 dəqiqə 84
Azercell-in dəstəyi ilə “AWS Agentic Football Cup” turniri təşkil olunacaq

Oktyabrın 17-də Bakıda “AWS User Group Baku”nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə “AWS Agentic Football Cup” keçiriləcək. İştirakçılar beş süni intellekt agentindən ibarət komandalar yaradaraq onları AWS bulud platformasında virtual futbol yarışına çıxaracaqlar.

Oyun zamanı virtual futbolçular insan müdaxiləsi olmadan hərəkət edəcək. Süni intellekt agentləri ötürmə, müdafiə, hücum və zərbə kimi qərarları avtonom şəkildə qəbul edəcəklər. İştirakçılar isə agentlərin davranışını və strategiyasını təkmilləşdirərək komandanın nəticələrini yaxşılaşdırmağa çalışacaqlar.

Tədbirdə fərdi və ya komanda şəklində iştirak etmək mümkündür. Qeydiyyat Meetup platforması üzərindən aparılır.

Azercell-in turnirə dəstəyi ölkədə süni intellekt biliklərinin inkişafına, bulud texnologiyalarının praktiki tətbiqinə və yerli texnologiya icmasının gücləndirilməsinə yönəlib. Tədbir tələbələr, mühəndislər və texnologiya həvəskarları üçün yeni bacarıqlar qazanmaq və təcrübə mübadiləsi aparmaq imkanı yaradacaq.