Avropa Starlink-ə rəqib hazırlayıb

Tahirə Nəcəfova 29.11.2026 1 dəqiqə 87
Avropa Starlink-ə rəqib hazırlayıb

Belçikada 20 min kvadratmetr sahəsi olan yeni peyk istehsalı zavodu açılıb. Aerospacelab şirkətinə məxsus müəssisə ildə 500-ə qədər peyk istehsal edə biləcək.

Şirkət Avropa İttifaqının IRIS² layihəsi üçün nəzərdə tutulan 348 peykdən 264-nü istehsal edəcək. Bu məqsədlə 2,4 milyard avro dəyərində müqavilə imzalanıb.
Avropa layihə vasitəsilə təhlükəsiz rabitə infrastrukturunu gücləndirməyi və Starlink-dən asılılığı azaltmağı hədəfləyir. Bununla belə, Starlink-in orbitdə 11 mindən çox peyki olduğu halda, IRIS² şəbəkəsinin 348 peykdən ibarət olması rəqabətdəki fərqi göstərir.

Şərhlər

Şərh yaz