Almatıda avtomobillərin işlənmiş qazları hərəkət zamanı ölçüləcək

Nəzakət Quliyeva 19.11.2026 1 dəqiqə 115
Almatıda avtomobillərin işlənmiş qazları hərəkət zamanı ölçüləcək

Yeni sistem avtomobillərin zərərli qazlarını hərəkət zamanı ölçərək hava çirkliliyini izləyəcək.

Qazaxıstanın Almatı şəhərində avtomobillərin havaya buraxdığı zərərli maddələrin miqdarını hərəkət zamanı ölçən OPUS RSE sistemi sınaqdan keçirilir. Yeni texnologiya avtomobilləri dayandırmadan onların egzoz qazlarını yoxlamağa imkan verir.

Ölçmələr üçün İsveç istehsalı olan RSD6000 adlı portativ avadanlıqdan istifadə edilir. Qurğu şəhərin müxtəlif ərazilərində quraşdırılacaq və ölçmə aparılan yerlər hər gün dəyişdiriləcək.
Sınaqlar ümumilikdə 12 gün davam edəcək. Bu müddətdə mütəxəssislər avtomobillərin atmosferə buraxdığı zərərli qazların səviyyəsini araşdıracaq və gələcəkdə daimi ölçmə məntəqələrinin harada yerləşdirilməsinin daha məqsədəuyğun olduğunu müəyyənləşdirəcəklər.
Almatı şəhər administrasiyasının məlumatına görə, layihə hazırda yalnız tədqiqat xarakteri daşıyır. Ölçmələrin nəticələrinə əsasən sürücülərə cərimə tətbiq edilməsi barədə isə məlumat verilməyib.
Yeni sistem şəhərdə hava çirkliliyinin mənbələrini daha dəqiq müəyyənləşdirməyə və avtomobillərin ekoloji təsirini qiymətləndirməyə kömək edə bilər.

Şərhlər

Şərh yaz