ABŞ-da bütün uçuşlar dayandırıldı: AI məsələni araşdırır

Ayaz Məmmədli 14.11.2026 2 dəqiqə 106
ABŞ-da bütün uçuşlar dayandırıldı: AI məsələni araşdırır

ABŞ-da hava hərəkətini idarə edən mərkəzlərdə rabitə problemi minlərlə reysin gecikməsinə və ləğvinə səbəb oldu. FAA təhlükəsizlik məqsədilə ölkə üzrə uçuşlara məhdudiyyət tətbiq etdi.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də ölkənin bütün hava limanlarından təyyarələrin uçuşunu müvəqqəti dayandırıb. Qərara hava hərəkətini idarə edən mərkəzlərdə radar və rabitə sistemlərinin işində yaranan nasazlıq səbəb olub. Nasazlıq aviadispetçerlərin təyyarələrlə əlaqə saxlamasına və radar məlumatlarını əldə etməsinə mane olub. Təhlükəsizlik məqsədilə FAA ölkə üzrə uçuşları dayandırıb, havada olan təyyarələr isə təhlükəsiz marşrutlara yönləndirilib. ABŞ Nəqliyyat naziri Şon Daffinin sözlərinə görə, problem köhnəlmiş telekommunikasiya avadanlıqlarının həddindən artıq yüklənməsi nəticəsində yaranıb. Məlumat axınının artması köhnə analoq sistemdəki kommutator və marşrutlaşdırıcıların işinə təsir göstərib. Hadisədən sonra nasazlığın FAA-nın SMART adlı süni intellekt platforması ilə əlaqəli ola biləcəyi barədə iddialar yayılıb. Lakin nazir sistemin sıradan çıxmadığını bildirib. Hadisənin süni intellekt platformasından qaynaqlandığını təsdiqləyən rəsmi məlumat yoxdur. Qeyd edək ki, ABŞ-da ümummilli uçuş məhdudiyyəti 2001-ci il 11 sentyabr terror hücumlarından sonra da tətbiq edilib. 2023-cü ilin yanvarında da texniki nasazlıq səbəbindən uçuşlar qısa müddətə dayandırılıb. Noyabr hadisəsi FAA tarixində bu miqyasda üçüncü hal olub.